İdman
gimnastikadan
başlayır
30 avqust 2013
24 idmançı arasında Azərbaycan gimnastları Marina Durunda və Lalə Yusifova aşağıdakı nəticələr əldə ediblər.
Dörd hərəkətin nəticəsinə görə, 65.532 bal toplayan Lalə Yusifova alman gimnastı ilə 13-cü yeri bölüşüb.
Marina Durunda isə nəticəsində 64.882 bal toplayıb və 16-cı yeri qazanıb.
Qeyd edək ki, bundan əvvəl Durunda lentlə final hərəkətlərində 5-ci yeri tutmuşdu.
Mütləq çempion adını rusiyalı Yana Kudryavtseva qazanıb. İkinci yeri Qanna Rizatdinova (Ukrayna), üçüncü isə Melitina Stanyuta (Belarus) tutub.