İdman

gimnastikadan

başlayır

AZƏRBAYCAN GİMNASTLARI MOSKVADA KEÇİRİLƏN TURNİRDƏ 8 MEDAL QAZANIB

04 dekabr 2013

AZƏRBAYCAN GİMNASTLARI MOSKVADA KEÇİRİLƏN TURNİRDƏ 8 MEDAL QAZANIB

Moskvada idman gimnastikası üzrə “Mixail Voronin Kuboku” uğrunda yarışlar başa çatmışdır. Yarışlarda Azərbaycan komandası da iştirak etmişdir.

Anna Pavlova və Marina Nekrasova ilə təmsil olunmuş Azərbaycan yığması vətənə 8 medalla qayıdır. Şəxsi çoxnövçülükdə hərəkətlərin yekununa görə Pavlova (53.6 bal) ikinci yeri, Nekrasova isə üçüncü yeri tutmuşdur.

Şəxsi çoxnövçülükdə 53.9 bal toplayan Ukrayna idmançısı Alyona Vasilyeva birinci olmuşdur.

Komanda birinciliyində Azərbaycan yığması yalnız Rusiya yığmasından geri qalaraq gümüş medal qazanmışdır. Bürünc medal “Dinamo” klubunun yığmasına qismət olmuşdur.

Ayrı-ayrı növlərdə Pavlova dayaqlı tullanmada qızıl medal qazanıb. Digər finallarda həm Pavlova, həm də Nekrasova mükafatçılar sırasına olmuşdurlar.

Kişi yarışlara gəlincə, gimnastımız Uğur Xəlilbəyli sərbəst hərəkətlərdə 9-cu yeri qazanmışdır.