04 aprel 2011
Polşada Azərbaycan gimnastları iştirakı ilə bədii gimnastika üzrə beynəlxalq turnir başa çatıb.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti xəbər verir ki, yarışın yekununa görə 3 Azərbaycan idmançı medal qazanıb.
Yeniyetmələr Gülsüm Şəfizadə (1998-ci il təvəllüdlü) və Ləman Hacızadə (1999-cu il təvəllüdlü) qızıl medallar əldə ediblər. Senior gimnast Zeynəb Cavadlı isə 3-cü yeri tutub.
Qeyd edək ki, Zeynəb Cavadlı yarışın “Miss Qrasiya” titulu da qazanıb.