13 iyul 2018
2018-ci ilin 6-18 oktyabr tarixlərində Buenos-Ayresdə təşkil olunacaq Yeniyetmələrin Olimpiya Oyunlarında gimmastların çıxışlarının dəyərləndirilməsində Azərbaycanlı hakimlər də iştirak edəcəklər.
Belə ki, milli komandalarımızın hakimləri - bədii gimnastika üzrə Nigar Abdusəlimova, kişi idman gimnastikası üzrə Rza Əliyev, batut gimnastikası üzrə isə Kamil Quliyev bu oyunlarda hakimlik etmək üçün dəvət olunmuşlar.
Xatırladaq ki, Yeniyetmələrin Olimpiya Oyunlarında həm bədii gimnastika, həm də kişi idman gimnastikası üzrə yığma komandalarımız maksimum sayla – 1 gimnastla təmsil olunacaqlar.