17 fevral 2017
Litvanın Vilnüs şəhərində 2017-2020-ci il yeni Olimpiya Qaydaları əsasında təşkil olunan Qadın İdman Gimnastikası üzrə Beynəlxalq Kurslarda hakimlərimiz Rza Əliyev 3-cü, Anjella Abdullayeva və Kristina Pravdina isə 4-cü hakimlik kateqoriyasını əldə edərək, kursları müvəfəqqiyyətlə başa vurdular.
Xatırladaq ki, kişi idman gimnastikası üzrə hakim Rza Əliyev ötən il Slovakiyanın Bratislava şəhərində keçirilmiş Qitələrarası Hakimlik Kurslarında iştirak edərək, ən yüksək - 1-ci dərəcəli beynəlxalq hakimlik kateqoriyasını əldə etmişdir.
Beləliklə, Rza Əliyev dünyada bir Olimpiya Dövrü ərzində iki hakimlik dərəcəsi qazanmış yeganə hakim olaraq qalır.
Təbrik edirik!