28 may 2011
Minskdə keçirilən bədii gimnastika üzrə Avropa çempionatında yeniyetmələrin çoxnövçülüyünün ikinci günü Belarus gimnastlarına qələbə qazandırıb. Azərbaycan gimnastları 4-cü yeri tutublar.
Belarusun yeniyetmələrdən ibarət qrup komandası iki təsnifatdan sonra 52.250 balla birinciliyə yüksəlib. İkinci yeri 52.200 bal toplayan Rusiya, üçüncü yeri 51.200 balla İsrail tutub.
Bununla belə, Azərbaycan yeniyetmələri çoxnövçülüyün iki gününün yekunları üzrə 50.750 bal toplayaraq mayın 29-da "Minsk-Arena" idman kopleksində keçiriləcək Avropa çempionatının finalında iştirak etmək hüququ qazanıblar.
Bu gün axşam Avropanın güclü fərdi gimnastlarının yarışları davam edəcək. Onlar gürzler və lentlə olan hərəkətlərdə çıxış edəcəklər.