19 may 2019
Bu gün, Bakıda bədii gimnastika üzrə Avropa Çempionatının final yarışları baş tutdu.
Azərbaycan milli komandası 3 final mərhələsində çıxış edib. İlk olaraq, xalça üzrərində gənclərdən ibarət qrup hərəkətləri komandaları mübarizə aparıb. Milana Əkbərova, Ləman Əlimuradova, Mədinə Əsədova, Selcan Hacızadə və Fəridə Səfiyarzadə 5 halqa ilə kompozisiyalarına görə 21.500 xal alaraq, 6-cı yerdə qərarlaşıb.
Fərdi gimnastların yarışında isə ölkəmizi Zöhrə Ağamirova təmsil edib. Zöhrənin haqla ilə çıxışının 19.875 xalla dəyərləndirilməsi, onu sıralamada 6-cı edib.
Gimnastımızın növbəti çıxışı isə gürzlərlə olub. Bu kompozisiyasına görə Zöhrə 18.450 xal alaraq, 8-ci yerdə qərarlaşıb.