İdman

gimnastikadan

başlayır

Azərbaycan gimnastları komanda hesabında 3-cü oldu

08 mart 2020

Azərbaycan gimnastları komanda hesabında 3-cü oldu

Milli Gimnastika Arenasında ilk Kişi idman gimnastikası üzrə “AGF Junior Trophy” beynəlxalq turnirinin komanda hesabında və fərdi çoxnövçülükdə qalib və mükafatçıların mükafatlandırma mərasimi keçirilib.

Fərdi çoxnövçülükdə Vladimir Kostyuk (Ukrayna) birinci, Radomir Stelmax (Ukrayna) ikinci, Həsən Bulut (Türkiyə) üçüncü yeri tutub.

Komanda hesabında birinci yeri Ukrayna komandası (231.000 xal), ikinci yeri Türkiyə komandası (226.650 xal), üçüncü yeri Azərbaycan komandası (218.300 xal) tutub.

Ən yüksək icra balına görə Azərbaycan gimnastı Ramin Dəmirova AGF Trophy Kuboku verilib. 

Qeyd edək ki, Azərbaycanı turnirdə Ramin Dəmirov, Mənsum Səfərov, Anar Həsənov, Rəsul Əhmədzadə və Ağakazım Rüstəmov təmsil edir.