15 sentyabr 2014
Minskdə batut üzrə Dünya Kubokunun 3-cü mərhələsi yekunlaşıb. Azərbaycanı bu yarışda 4 gimnast – Oleq Piunov, İlya Qrişunin, Ruslan Ağamirov və Sabina Zaytseva təmsil edib.
Sevindirici haldır ki, ötən həftə olduğu kimi bu dəfə də gimnastlarımız finala çıxmağa müvəffəq oldular. Sinxron çıxışda Oleq Piunov və İlya Qrişunin 7-ci yerdə qərarlaşdılar. Fərdi birincilikdə ilk dəfə finala çıxan İlya Qrişunin 7-ci, Ruslan Ağamirov isə 26-cı yeri qazandı.
Yarışların nəticələrinə əsasən, Oleq Piunov fərdi birincilikdə 51-ci yerdə qərarlaşdı, lakin sonradan xoş surpriz edərək, Dünya Kuboku ilə eyni vaxtda keçirilən Açıq Slavyan Oyunlarında gümüş medal qazandı.
Qadınlar arasında fərdi brincilikdə ölkəmizi 22-ci yerdə qərarlaşan Sabina Zaytseva təmsil edirdi. Bu Kubok, 7-9 noyabr tarixlərində Amerikanın Daytona-Biç şəhərində keçiriləcək Dünya Çempionatından öncə sonuncu yarış idi. Daytonada bizim ölkəmizi eynilə bu 4 idmançı təmsil edəcək.