İdman

gimnastikadan

başlayır

Azərbaycan batutçuları Belarusdan iki bürünc medal gətirdi

18 aprel 2015

Azərbaycan batutçuları Belarusdan iki bürünc medal gətirdi

Bugün, Belarusun Mogilyov şəhərində Tatyana Petreni adına “Double Twist” mükafatı uğrunda batut gimnastikası üzrə ənənəvi açıq respublika turniri yekunlaşıb.

Batutçumuz Oleq Piunov fərdi çıxışında bürünc medal qazanıb. Digər bürünc medalı isə Ruslan Ağamirov və Dmitriy Fedorovskiy sinxron çıxışlarından əldə ediblər. Təəssüflər olsun ki, digər gimnastımız İlya Qrişunin zədə aldığından, fərdi və sinxron çıxışlarda medal uğrunda mübarizə apara bilməyib.