18 may 2015
İsveçin Qeteborq şəhərində batut gimnastikası üzrə “Frivolten Cup” adlı beynəlxalq turnir yekunlaşıb.
Azərbaycan idmançıları bu yarışda uğurla çıxış edərək, 3 medal qazandılar. İdmançımız Dmitriy Fedorovskiy ikili minitrampda bürünc medal əldə etdi. O, həmçinin özünü fərdi çıxışda nümayiş etdirərək, fəxri kürsünün ikinci pilləsinə yüksəldi.
Qadınlar arasında fərdi çıxışda isə Sabina Zaytseva öz çıxışını səhvsiz yerinə yetirərək, Azərbaycan yığmasının hesabına 1 gümüş medal yazdırdı.
Parallel olaraq, İsveçrənin Jenevrə şəhərində keçirilən akrobatika gimnastikası üzrə Dünya Kubokunda, qadın qrupu – Lalə Hüseynova, Aynur Hüseynova və Nərmin Ramazanova iştirak edirdi. Azərbaycan gimnastları finala yüksələrək, 5-ci yerdə qərarlaşdılar.