03 noyabr 2014
Ötən həftə Azərbaycanın batut üzrə 4 nəfərdən ibarət yığma komandası 7-9 noyabr tarixlərində Amerikada keçiriləcək Dünya Çempionatı ərəfəsində Milli Gimnastika Arenasında yoxlama məşqləri keçirib.
Məşqçi Vladimir Şulikinin rəhbərliyi altında, artıq bir neçə gün sonra Amerikanın Deytona-Biç şəhərində ölkəmizi təmsil edəcək gimnastlar Oleq Piunov, Ruslan Ağamirov, İlya Qrişunin və Sabina Zaytsevanın çıxışları, onları dəstəkləməyə gələn tamaşaçılar tərəfindən coşğuyla qarşılanıb.