İdman

gimnastikadan

başlayır

AZƏRBAYCAN GİMNASTLARININ AÇ-DƏ ÇIXIŞ ARDICILLIĞI BƏLLİ OLDU

05 aprel 2014

AZƏRBAYCAN GİMNASTLARININ AÇ-DƏ ÇIXIŞ ARDICILLIĞI BƏLLİ OLDU

Bu gün Bakıda iyunun 13-15-də keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının püşkatma mərasimi keçirilib.

Püşkatmanın nəticələrinə əsasən, Azərbaycan gimnastlarından yuniyorlar 9-cu, qrup komandası 3-cü sırada, fərdi yarışlarda isə idmançılarımız 6-cı və 7-ci sırada çıxış edəcəklər.

Qeyd edək ki, bu gün Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının rəsmi saytı (http://baku2014.agf.az/application/) və yerli televiziya kanallarında nümayiş olunacaq təbliğat videoçarxı təqdim edilib.