İdman

gimnastikadan

başlayır

AZƏRBAYCAN GİMNASTLARININ ÜÇÜNCÜ OLİMPİYA LİSENZİYASI!!!

18 aprel 2016

AZƏRBAYCAN GİMNASTLARININ ÜÇÜNCÜ OLİMPİYA LİSENZİYASI!!!

Bu dəfə Olimpiya Oyunlarının kişi idman gimnastikası üzrə yarışlarında ölkəmiz iki gimnastla təmsil olunacaq (ilk dəfə Azərbaycanı bu idman növündə London Olimpiadasında Şakir Şixəliyev təmsil etmişdi). Bu Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Test Turnirində Petro Paxnyukun nümayiş etdirdiyi yarış əzminin sayəsində mümkün olmuşdur.

Altı alət üzərində çıxışların cəmində 85.257 xal toplayan Petro, Olimpiya Oyunlarının gələcək iştirakçılarının siyahısında asanlıqla yer aldı.

Bu artıq gimnastlarımız tərəfindən Rio-2016 Oyunlarına qazanılan 3-cü Olimpiya lisenziyasıdır. Xatırladaq ki, Petronun komanda yoldaşı Oleg Stepko, Qlazqoda keçirilən ötən ilin Dünya Çempionatında 3-cü yerə layiq görülərək, planı vaxtından əvvəl yerinə yetirməklə ilk təsnifat turnirində lisenziya qazanmışdı. Daha bir lisenziyani Ştutqartda keçirilən bədii gimnastika üzrə Dünya Çempionatının çoxnövçülüyündə 6-cı yerdə qərarlaşaraq, gimnast Marina Durunda əldə etmişdir. 

Bütün gimnastika ictimaiyyətini, həmçinin bütün idman həvəskarlarını gimnastikadakı bu nailiyyətlə təbrik edirik!