İdman

gimnastikadan

başlayır

Azərbaycan Gimnastika Federasiyasının İcra Komitəsinin 50-ci iclası keçirilib

13 noyabr 2025

Azərbaycan Gimnastika Federasiyasının İcra Komitəsinin 50-ci iclası keçirilib

13 noyabr 2025-ci il tarixində Azərbaycan Gimnastika Federasiyasının İcra Komitəsinin 50-ci iclası baş tutub. İclasın əvvəlində gündəlik təsdiq olunub, həmçinin İcra Komitəsinin 49-cu iclasının protokolu qəbul edilib.
İclas çərçivəsində “Mötəbər yarışlarda yüksək nəticələr göstərmiş idmançı və məşqçilərin mükafatlandırılması Qaydaları”na dair dəyişiklik və əlavələr müzakirə edilərək təsdiq olunub.

Gündəliyin növbəti məsələsi inventarizasiya komissiyasının yaradılması və onun tərkibinin təsdiq edilməsi olub. Məsələ ilə bağlı müvafiq qərar qəbul edilib. 
İclasda, həmçinin Federasiyanın nizamnaməsinə təklif olunan dəyişikliklərin layihəsi müzakirə olunub və bu istiqamətdə fikir mübadiləsi aparılıb. Bununla yanaşı, “Atletlər Komissiyası”nın əsasnaməsinin layihəsi ilə bağlı ilkin müzakirələr keçirilib, təklif və rəylər səsləndirilib.

İcra Komitəsinin 50-ci iclası gündəlikdə nəzərdə tutulan digər məsələlərin müzakirəsi ilə yekunlaşıb.