29 aprel 2018
Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda Azərbaycanın qrup hərəkətləri komandası halqa ilə tapşırıqların yekununda üçüncü yeri tutub.
Trend-in məlumatına görə, gimnastlarımızın finalda çıxışı hakimlər tərəfindən 17.600 balla qiymətləndirilib.
Bolqarıstan 19.800 balla birinci, İtaliya yığması isə 18.000 balla ikinci olub.