İdman

gimnastikadan

başlayır

Azərbaycan gimnastlarından beynəlxalq arenada uğurlar

26 aprel 2026

Azərbaycan gimnastlarından beynəlxalq arenada uğurlar

24-26 aprel tarixlərində Çexiyada aerobika gimnastikası üzrə keçirilən beynəlxalq turnirdə Azərbaycan gimnastları yüksək nailiyyət əldə ediblər. Üçlük yarışında Arzu Ağayeva, Leyla Bejanova və Xədicə Quliyevadan ibarət komanda rəqiblərini geridə qoyaraq qızıl medal qazanıb.

Bununla yanaşı, Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən “Tbilisi Gymnaestrada” çərçivəsində “Gimnastika hamı üçün” növü üzrə çıxış edən Azərbaycan komandaları da uğurlu nəticə göstəriblər. “Moonlight”, “Şağan” və “BGM” komandalarının hər biri çıxışlarını uğurla tamamlayaraq 1-ci yerə layiq görülüb.

Qalib gimnastlarımızı və komandalarımızı təbrik edir, onlara gələcək yarışlarda yeni-yeni uğurlar arzulayırıq!