İdman

gimnastikadan

başlayır

Azərbaycan təmsilçiləri iki nominasiyada qalib olub

13 fevral 2024

Azərbaycan təmsilçiləri iki nominasiyada qalib olub

Avropa Gimnastikası 2023-cü ilin yekunlarına əsasən ilin ən yaxşılarının adlarını açıqlayıb. Keçirilən səsvermənin yekununa əsasən tamblinq üzrə yığma komandamızın üzvü, ikiqat dünya və Avropa çempionu Mixail Malkin 52 faiz səs çoxluğu ilə (226,339) “İlin gimnastı” nominasiyasının qalibi olub. Tamblinq üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Adil Hüseynzadə isə “İlin məşqçisi” nominasiyasında hər kəsi üstələyib. O, 46 faiz (196,735) səs çoxluğu ilə fərqlənib. Mükafatlar nominantlara bu il aprelin 24-də İtaliyanın Rimini şəhərində təqdim olunacaq.