03 fevral 2021
Karantin günlərinin davam etdiyi və bir çox yarışların təxirə salındığı dövrdə Azərbaycan və İsrail Gimnastika Federasiyaları ilk dəfə olaraq 2021-ci ilin 12-14 fevral tarixlərində bədii gimnastika üzrə çox maraqlı onlayn “Gələcəyə addım” adlı vebinar keçirəcəklər. Vebinarda iştirak ödənişli əsaslarla həyata keçirilir və iştirak haqqı 40 manat təşkil edir. Vebinar Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə Texniki Komitələrinin üzvləri - Noha Abu Şabana (Misir) və İzabel Savada (Almaniya), kişi idman gimnastikası üzrə Texniki Komitəsinin üzvü - Cef Tomson (Kanada), məşqçi və strateji məsləhətçi – Qabriela Müller (İsveçrə), “Complex Core” üzrə fizioterapevtlər Taro Netzer (Avstriya) və Roman Yahoda (Avstriya), eləcə də, Porto və Koimbra Universitetlərinin Professoru - Lurdeş Avila-Karvalo (Portuqaliya)tərəfindən keçiriləcəkdir. Vebinarın məqsədi iştirakçılara bu çətin dönəmdə yeni biliklər qazandırmaq, onları motivasiya etmək və iki ölkənin federasiyalarının arasında əməkdaşlığın və dostluğun möhkəmləndirilməsindən ibarətdir.
Onlayn vebinar Bakı vaxtı ilə saat 18:00-da (İsrail vaxtı ilə 16:00) keçiriləcək.
Vebinarda iştirak etmək arzusunda olanlar bu linkdən (https://agf.az/en/forms/-step-to-the-future--webinar-o-267210) istifadə edərək qeydiyyatdan keçə bilərlər.