İdman
gimnastikadan
başlayır
03 may 2026
3 may 2026-cı il tarixində Azərbaycan Gimnastika Federasiyası ilə Venesuela Gimnastika Federasiyası arasında gimnastikanın inkişafı və təşviqi məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Sənəd iki ölkədə gimnastika növlərinin inkişafını dəstəkləmək, federasiyalar arasında təcrübə mübadiləsini genişləndirmək və idman sahəsində əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.
Memorandum çərçivəsində tərəflər məşqçilər və ekspertlərin mübadiləsi, birgə təlim-məşq toplanışları və yarışların təşkili, həmçinin gimnastikanın inkişafına yönəlmiş layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlıq edəcəklər.