İdman

gimnastikadan

başlayır

Bakıda Batut gimnastikası və Tamblinq üzrə Dünya Kuboku ləğv olundu

11 yanvar 2021

Bakıda Batut gimnastikası və Tamblinq üzrə Dünya Kuboku ləğv olundu

13-14 fevral 2021-ci il tarixlərində Bakıda keçirilməsi nəzərdə tutulan Batut gimnastikası və Tamblinq üzrə Dünya Kuboku ləğv olundu. 

Yarışın ləğv olunması dünyada yayılmış koronavirus xəstəliyinin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır. Bakıdakı Kubok ilə yanaşı Beynəlxalq Gimnastika Federasiyası İdman gimnastikası üzrə Dünya Kubokunun (Almaniya, 25-28 fevral) ləğv olunması, o cümlədən akrobatika gimnastikası üzrə Dünya Kubokları (Rusiya -19-21 fevral; Portuqaliya - 5-7 mart; Belçika 9-11 aprel) və aerobika gimnastikası üzrə Dünya Kubokunun (Yaponiya 24-25 aprel) təxirə salınması ilə əlaqədar xəbər yayıb.

Qeyd edək ki, 2021-ci ildə paytaxtımızda idman gimnastikası (4-7 mart) və bədii gimnastika (7-9 may) üzrə Dünya Kubokları, aerobika gimnastikası üzrə 9-cu Dünya Yaş Qrupları Yarışları (21-23 may) və 16-cı Dünya Çempionatı (27-29 may), batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə 35-ci Dünya Çempionatı (11-14 noyabr) və 28-ci DünyaYaş Qrupları yarışlarının (19-22 noyabr) keçirilməsi nəzərdə tutulur.