İdman

gimnastikadan

başlayır

Bakıda bədii gimnastika üzrə ilk dəfə Avropa Kuboku keçiriləcək

15 dekabr 2023

Bakıda bədii gimnastika üzrə ilk dəfə Avropa Kuboku keçiriləcək

Avropa Gimnastikasının təşəbbüsü ilə 2024-cü ildə Bakıda ilk dəfə bədii gimnastika üzrə Avropa Kuboku keçiriləcək. Yeni formatı ilə fərqlənəcək yarışın proqramına “çarpaz-qarşılaşmalar” salınıb. Belə ki, bu, gimnastların təsnifat yarışlarından sonra final mərhələsinə yüksəlməsi üçün püşkatma əsasında birbaşa bir-biriləri ilə yarışdığı mübarizədir.
Qeyd edək ki, Avropa Kuboku martın 29-dan 31-dək Milli Gimnastika Arenasında təşkil ediləcək.
Yarışda mükafat fondu olacaq və qalibləri mükafatlandırma qaydaları mövcuddur.  
Avropa kuboku Beynəlxalq Gimnastika Federasiyasına üzv olan bütün ölkələr üçün açıq olacaq. Avropa kubokunda, çoxnövçülük, komanda hesabı və fərdi proqramda final yarışları keçiriləcək. Yarışda təkcə böyüklər deyil, gənclər də iştirak edəcəklər.