19 noyabr 2021
Bakıda keçirilən Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı çərçivəsində Beynəlxalq Gimnastika Federasiyasının (FIG) tamblinq üzrə Atletlər komissiyasına seçkilər keçirilib.
Komissiyaya namizədliyini kanadalı idmançı, 2012 və 2016-cı illər Olimpiya çempionu Rozanna MakLennan və Çin idmançısı, 2012-ci il Olimpiya çempionu Donq Donq irəli sürmüşdü.
Səsvermənin nəticələrinə görə Rozanna MakLellan qalib gəlib. O, 1 yanvar 2022-ci ildən 31 dekabr 2025-ci ilədək Atletlər komissiyasında yer alacaq.