İdman

gimnastikadan

başlayır

Bakıda may ayında keçiriləcək beynəlxalq yarışlara media qeydiyyatı

25 aprel 2021

Bakıda may ayında keçiriləcək beynəlxalq yarışlara media qeydiyyatı

Hörmətli media nümayəndələri!

Artıq bildiyiniz kimi Azərbaycan Respublikası Nazirlər Kabineti 2021-ci ilin may ayında təşkili planlaşdırılan 3 beynəlxalq gimnastika yarışının mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq keçirilməsinə icazə vermişdir.

Milli Gimnastika Arenasında Bədii Gimnastika üzrə FIG Dünya Kuboku 7-9 may tarixlərində, Aerobika Gimnastikası üzrə 9-cu Dünya Yaş Qrupları Yarışları 21-23 mayda və 16-cı Dünya Çempionatı 27-29 may tarixlərində baş tutacaq.

Dünya kuboku və Dünya Yaş Qrupları Yarışlarına media qeydiyyatı Azərbaycan Gimnastika Federasiyasının (AGF) media xidməti tərəfindən həyata keçirilir.

Qeydiyyatdan keçmək üçün şəkil, şəxsiyyət və iş vəsiqələrinin surətlərinin iştirak edəcək şəxslər və media təşkilatının adının qeyd olunması ilə media@agf.az elektron poçt ünvanına göndərmək xahiş olunur. Məlumatlar natamam göndərildikdə həmin media təşkilatları və şəxslərin müraciətinə baxılmayacaqdır. Qeydiyyatdan keçmək üçün son tarix 1 maydır.

Aerobika gimnastikası üzrə 16-cı Dünya Çempionatına media akkreditasiyası Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən həyata keçirilir. Qeydiyyatdan keçmək üçün FIG-nin https://media.gymnastics.sport/  səhifəsinə daxil olmaq lazımdır. Qeydiyyat üçün son tarix 4 maydır.

Nəzərinizə çatdıraq ki, yarışlara akkreditasiya əldə etmək üçün hər bir media nümayəndəsindən arenaya ilk gəlişində ekspress COVID-19 PCR testindən keçmək tələb olunur. Yalnız test nəticəsi neqativ olan şəxslər müvafiq yarış üçün akkreditasiya əldə edəcəklər.

Hər hansı bir sual yarandığı halda (+99412) 493 30 11 nömrəsi vasitəsilə federasiyanın mətbuat xidməti ilə əlaqə saxlaya bilərsiniz.