18 dekabr 2010
Bu gün Bakıda akrobatika gimnastikası üzrə 17-ci paytaxt çempionatı başa çatıb. Yarışlarda Bakı Gimnastika Məktəbini, "Təhsil", "Neftçi" və Nizami rayon idman məktəbini təmsil edən 38 akrobat iştirak edib.
Qadınların cütlüyündə idman ustaları arasında qələbəni keçən həftə Minskdə beynəlxalq turnirdə beşinci yeri tutan Aynur Hüseynova - Nərmin Ramazanova qazanıblar.
Kişilərin cütlüyündə Faiq Sultanov və Murad Kərimov Bakı çempionu olublar, qarışıq cütlüklərdə isə fəxri kürsünün ən yüksək pilləsinə İsmayıl və Nahidə İsmayılovlar qalxıblar.
Qadınların trio turnirində Evelina Valişeva, Cəmilə İbrahimli və Ayşən Salamova izləyicilərini geridə qoyublar.
Kişi qrupların yarışmalarında birinciliyi Mikayıl Rüstəmov, Altay Əhədov, Şahverdi Zeynalov və Nihad Bağırov qazanıblar.