İdman

gimnastikadan

başlayır

Bakıda bədii gimnastika üzrə yarışlar keçirilir

11 dekabr 2014

Bakıda bədii gimnastika üzrə yarışlar keçirilir

 

Bugün Bakıda bədii gimnastika üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatı üzrə yarışlar start götürüb. Yarışlarda ən yaxşı ad uğrunda ən gənc gimnastlar mübarizə aparırdılar. 2006-cı il təvəllüdlü gimnastlar arasında Cahan Əsədova birinci oldu, 2005-ci il təvəllüdlü gimnastlar arasında yüksək nəticəni Selcan Hacızadə göstərdi və 2004-cü il təvəllüdlü gimnastlar arasında Arzu Cəlilova öz qələbəsini qeyd etdi.


Sabah isə Milli Gimnastika Arenasında Göyçay, Kürdəmir, Qusar rayonunun, həmçinin Sumqayıt və Xırdalan şəhərlərinin yetirmələri arasında  1-ci Bölgələrarası Kukok keçiriləcək. Sonra isə yarışlar Azərbaycan Birinciliyi və Bakı Çempionatında iştirak edəcək 2002-2003 və 1999-2001–ci il təvəllüdlü gimnastların çıxşları ilə davam edəcək.