İdman

gimnastikadan

başlayır

Bakı, Yeniyetmələr arasında Olimpiya Oyunlarına təsnifat xarakterli yarışlara ev sahibliyi edəcək

14 sentyabr 2017

Bakı, Yeniyetmələr arasında Olimpiya Oyunlarına təsnifat xarakterli yarışlara ev sahibliyi edəcək

2018-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacağını artıq indidən vəd edir. Bu dəfə Dünya Kuboku mərhələləri ilə yanaşı paytaxtımız, Buenos-Ayresdə baş tutacaq (6-12 oktyabr, 2018) Yeniyetmələr arasında Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat xarakterli yarışlara ilk dəfə olaraq ev sahibliyi edəcək. Belə ki, 22-23 iyun tarixlərində Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastları arasında ən güclülər müəyyənləşəcək.

Qeyd edək ki, 12-15 aprel 2018-ci il tarixlərində Bakıda Batut, ikili mini-batut və tamblinq üzrə Avropa Çempionatı da təşkil olunacaq. Bu çempionat çərçivəsində keçiriləcək təsnifat xarakterli yarışlarda isə Buenos-Ayresə yollanacaq yeniyetmə batutçular, həmçinin 2019-cu ilin Avropa Oyunlarında (Belarus) iştirak edəcək böyük batutçuların adları bəlli olacaq.