15 sentyabr 2016
Artıq ikinci ildir ki, Avropa Gimnastika İttifaqının təşəbbüsü ilə Avropa şəhərlərində eyni zamanda gimnastika və sağlam həyat tərzinə səsləyən əyləncəli fləşmob keçirilir.
Ötən il Azərbaycanın gimnastika növləri üzrə yığma komandalarının üzvləri bu hərəkata həvəslə qoşulmuşlar.
Bu il isə, sevimli gimnastlarınız Sizi - yaş fərqi olmadan bütün gimnastika həvəskarlarını, fiziki aktiv və şən olan hər bir kəsi - 17 sentyabr saat 13:00-da Milli Gimnastika Arenasının həyətində gözləyir.
Eyni vaxtda 1000 Avropa şəhərində keçiriləcək fləşmoba sən də qoşul!