İdman

gimnastikadan

başlayır

Batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə Dünya Çempionatının yeni tarixləri

29 yanvar 2021

Batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə Dünya Çempionatının yeni tarixləri

Beynəlxalq Gimnastika Federasiyası (FIG)2021-ci ilin noyabr ayında Bakıda keçirilməsi planlaşdırılan Batut Gimnastikası, Tamblinq və İkili Mini-Batut üzrə 35-ci Dünya Çempionatı və 28-ci Dünya Yaş Qrupları yarışlarının yeni tarixlərini açıqladı.

FIG-nin İcra Komitəsinin qərarına əsasən sözügedən yarışlar əvvəl planlaşdırıldığı tarixlərdən bir həftə gec keçiriləcək. Bu dəyişiklik FIG-nin Seçki Konqresinin 2020-ci ilin oktyabrından 2021-ci ilin noyabr ayına keçirilməsinin nəticəsədir. FIG-nin bu qərarı Milli Federasiyalara hər iki tədbirdə iştirak etmək imkanı verəcək. 

Beləliklə, Batut Gimnastikası, Tamblinq və İkili Mini-Batut üzrə 35-ci Dünya Çempionatı 2021-ci ilin 18-21 noyabr, 28-ci Dünya Yaş Qrupları yarışları isə 26-29 noyabr tarixlərində baş tutacaq.