İdman

gimnastikadan

başlayır

Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatının birinci günü start götürüb

18 noyabr 2021

Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatının birinci günü start götürüb

Noyabrın 18-də Bakı Milli Gimnastika Arenasında Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatının birinci günü start götürüb.

İlk yarış günündə qadınlar və kişilər arasında batut üzərində fərdi hərəkətlər, qadınlar arasında tamblinq və  kişilər arasında ikili mini-batut yarışlarında təsnifat mərhələsi keçirilib.

Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçiriləcək. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.

4 gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.