İdman

gimnastikadan

başlayır

Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatının ikinci günü start götürüb

19 noyabr 2021

Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatının ikinci günü start götürüb

Noyabrın 19-da Bakı Milli Gimnastika Arenasında Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatının ikinci günü start götürüb.

İkinci yarış günündə qadınlar və kişilər arasında batut üzərində sinxron hərəkətlər, kişilər arasında tamblinq yarışlarında təsnifat mərhələsi keçiriləcək.

Tamblinq yarışlarında Azərbaycan gimnastı Mixail Malkin də iştirak edəcək.

Günün ikinci yarısında qadınlar və kişilər arasında batut üzərində fərdi hərəkətlər, qadınlar arasında tamblinq üzrə komanda hesabında, eləcə də qadınlar və kişilər arasında ikili mini-batut yarışlarında final mərhələsi keçiriləcək.

Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilir. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.

4 gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edir. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.