İdman
gimnastikadan
başlayır
13 mart 2026
10–16 mart tarixlərində Niderlandın Alkmaar şəhərində keçirilən batut gimnastikası üzrə Dünya Kubokunda gimnastlarımız batut və ikili mini-batut proqramlarında iştirak edirlər.
Təsnifat mərhələsinin nəticələrinə əsasən sinxron proqramda kişi cütlüyü Hüseyn Abbasov və Maqsud Maqsudov, həmçinin qarışıq sinxron cütlük Selcan Mahsudova və Maqsud Maqsudov final mərhələsinə yüksəliblər.
Final mərhələsində yüksək nəticə göstərən gimnastlarımızdan kişi cütlüyü Hüseyn Abbasov və Maqsud Maqsudov 51.060 xalla bürünc medalın, qarışıq sinxron cütlük Selcan Mahsudova və Maqsud Maqsudov isə 51.090 xalla gümüş medalın sahibi olublar.
Gimnastlarımızı təbrik edirik!