İdman

gimnastikadan

başlayır

Milli Gimnastika Arenasında fərqli ol!

03 fevral 2018

Milli Gimnastika Arenasında fərqli ol!

Əziz gimnastika sevərlər!

Gimnastika yarışlarının doğma məkanı – Milli Gimnastika Arenasında sizə məxsus yerin olmağını istəyirsinizmi? O zaman bu fürsət sizin üçündür!

Azərbaycan Gimnastika Federasiyasının hazırladığı Mövsümi Bilet sizi hər kəsdən fərqli edəcək. Belə ki, bir bilet almaqla siz, 2018-ci il ərzində federasiyanın Milli Gimnastika Arenasında təşkil edəcəyi bütün beynəlxalq yarışlarda öz xüsusi oturacağınıza sahib olacaqsınız. Bu oturacaq sizə özəl dizayn edilərək, bir il boyunca yalnız sizə aid olacaq.

Mövsümi Bilet yalnız fevral ayının 24-nə qədər cəmi 99 AZN qiymətinə təklif olunur.

 Odur ki, bu fürsəti əldən verməyin!