16 yanvar 2025
13-16 yanvar tarixlərində Bakıda “Bədii gimnastika üzrə beynəlxalq hakimlik kursları” keçirilib.
Kurslarda Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrindən təxminən 150-yə qədər hakim iştirak edib.
Kurs müddətində hakimlər seminarlarda iştirak edib, “2025-2028-ci illər üçün yeni Olimpiya qaydaları” ilə ətraflı tanış olub, daha sonra isə əldə etdikləri biliklər əsasında imtahandan keçiblər.
İmtahana əsasən bədii gimnastika üzrə hakimlərimiz yüksək nəticə göstərib:
Vəfa Bəkərova - Kateqoriya 2 (fərdi və qrup)
Aleksandra Reyş - Kateqoriya 2 (fərdi), Kateqoriya 3 (qrup)
Gülsüm Əsədova - Kateqoriya 3 (fərdi)
Ləman Hacızadə - Kateqoriya 3 (fərdi və qrup)
Züleyxa İsmayılova - Kateqoriya 3 (fərdi və qrup)
Elnarə Hüseynova - Kateqoriya 3 (fərdi və qrup)
Səbinə Hacıyeva - Kateqoriya 3 (qrup)
Aysel Həsənova - Kateqoriya 3 (fərdi və qrup)
Kamil Quliyev - Kateqoriya 3 (fərdi və qrup)
Nəzrin Cəfərzadə - Kateqoriya 3 (fərdi və qrup)
Nigar Musazadə - Kateqoriya 3 (fərdi və qrup)
Ayna Məmmədova - Kateqoriya 3 (fərdi), Kateqoriya 4 (qrup)
Nəzirəxanım Fərədova - Kateqoriya 3 (fərdi), Kateqoriya 4 (qrup)
Siyasət Əmiraslanova - Kateqoriya 4 (qrup)
Hakimlərimizi əldə etdikləri bu nailiyyət münasibətilə təbrik edirik!