İdman

gimnastikadan

başlayır

Bədii gimnastımız Qran Pri yarışının posterində yer alıb

28 fevral 2024

Bədii gimnastımız Qran Pri yarışının posterində yer alıb

Martın 30-31-də Fransanın Tiye şəhərində bədii gimnastika üzrə 35-ci Beynəlxalq Qran-pri yarışı keçiriləcək. Yarış təşkilatçıları öz səhifələrində Qran-pri iştirakçılarının posterlərini dərc etməyə başlayıblar. Qeyd edək ki, posterdə Avropa çempionatının bürünc mükafatçısı, Paris-2024-ə lisenziya qazanmış bədii gimnastımız Zöhrə Ağamirova da yer alıb.
Xatırladaq ki, ötən il aprel ayında keçirilən 34-cü Beynəlxalq Qran-pri yarışında təmsilçilərimiz ümumilikdə 1 qızıl, 4 gümüş və 1 bürünc medala sahib çıxmışdılar.
Millimizin üzvü Zöhrə Ağamirova gürzlərlə qızıl, halqa, top və çoxnövçülükdə isə gümüş medallar əldə etmişdi.
Qrup hərəkətləri üzrə komandamızın üzvləri Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina isə ikinci (3 lent və 2 top) və üçüncü (5 halqa) pillələrdə qərarlaşmışdılar.