İdman

gimnastikadan

başlayır

Bədii gimnastlarımız “Challenge” seriyasında aid Dünya kubokunda iştirak ediblər 

29 avqust 2022

Bədii gimnastlarımız “Challenge” seriyasında aid Dünya kubokunda iştirak ediblər 

Rumıniyanın Kluj-Napoka şəhərində bədii gimnastika üzrə “Challenge” seriyasında aid Dünya kuboku keçirilib. Yarışda ölkəmizi fərdi proqramda bədii gimnastika üzrə Azərbaycan yığma komandasının üzvləri Zöhrə Ağamirova və İlona Zeynalova təmsil ediblər. 
Təmsilçimiz Zöhrə Ağamirova gürzlərlə hərəkətlərdə finala adlasa da, hakimlərdən aldığı xal (31.750 xal) ona mükafatçılar sırasına düşməyə imkan verməyib. İdmançımız gürzlərlə çıxışını 6-cı pillədə başa vurub.