18 aprel 2022
Aprelin 15-dən 17-dək Özbəkistanın paytaxtı Daşkənd şəhərində bədii gimnastika üzrə Dünya Kuboku keçirilib. Yarışda ölkəmizi fərdi proqramda Alina Gözəlova və İlona Zeynalova, qrup hərəkətləri proqramında isə Səkinə İbrahimbəyli, Fidan Yusifzadə, Leyla Əliyeva, Zəhra Paşazadə, Nigar Xankişiyeva, Nərgiz Ramazanovadan ibarət Azərbaycan millisinin ikinci heyəti təmsil edib. Komandamızın üzvlərindən İlona Zeynalova halqa ilə hərəkətlərdə finala adlayaraq 8-ci pillədə qərarlaşıb.
Qrup hərəkətləri komandamız isə həlledici mərhələdə 2 top və 3 lent, eləcə də 5 halqa ilə hərəkətlərin icrasında 4-cü olub.