İdman
gimnastikadan
başlayır
12 dekabr 2020
Bu həftəsonu Polşanın paytaxtı Varşava şəhərində “Irina Cup” adlı beynəlxalq turnir keçirilib.
Bədii gimnastlarımız bu turnirdə komanda hesabına çoxnövçülükdə iki medal yazdırmağı bacarıblar.
Yarışda 2008-ci il təvəllüdlü gimnastlar arasında iştirak etmiş Leyli İsmayılova fəxri kürsünün ikinci pilləsinə yüksəlib, Məryam İonis isə bürünc medala layiq görülüb.