İdman

gimnastikadan

başlayır

Bədii gimnastların Bakı birinciliyi həyəcanı başa çatdı

09 may 2026

Bədii gimnastların Bakı birinciliyi həyəcanı başa çatdı

6–9 may tarixlərində Milli Gimnastika Arenası bir daha zərifliyin, çevikliyin və idman ruhunun mərkəzinə çevrildi. Bədii gimnastika üzrə 31-ci Bakı Birinciliyi uğurla başa çatdı. Yarışda 5 klubu təmsil edən 150-yə yaxın gimnast öz bacarıq və istedadını nümayiş etdirdilər.

Birincilik çərçivəsində balacalar, yeniyetmələr və gənclər yaş kateqoriyalarında çıxış edən gimnastlar halqa, top, gürzlər və lent proqramlarında incəliklə gücü, zərifliklə peşəkarlığı bir araya gətirdilər. Hər çıxış musiqi ilə harmoniyada qurulan bir sənət nümunəsini xatırladır, arenada alqışlarla qarşılanırdı.

Təsnifat mərhələsinin nəticələrinə əsasən final mərhələsinə yüksələn gimnastlar həlledici çıxışlarda ən yüksək nəticələr uğrunda əzm və inamla mübarizə apardılar. Yarışın sonunda fərqlənən idmançılar mükafatlandırılaraq fəxri kürsüdə yer aldılar.

Birinciliyin üçüncü günü isə daha böyük emosiyalarla yadda qaldı. Xüsusi Olimpiya təmsilçilərimizin təqdim etdiyi rəngarəng və ruhlandırıcı çıxışlar tamaşaçılar tərəfindən böyük maraq və alqışla qarşılandı.

Qalib gimnastları təbrik edirik.

Nəticələrlə tanış olmaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz:
Nəticələr