15 mart 2025
13-15 mart tarixlərində Milli Gimnastika Arenasında keçirilən “Bədii gimnastika üzrə 30-cu ölkə çempionatı” yarışına yekun vurulub.
Üç gün davam edən yarışlarda “Ocaq Sport” klubu, “Grasiya İdman” klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi və Zirə Mədəniyyət Mərkəzinin təmsilçiləri öz bacarıqlarını nümayiş etdiriblər.
Ölkə çempionatında yeniyetmələr (2012-ci il təvəllüdlülər), gənclər (2010-2011-ci il təvəllüdlülər) və böyüklər (2009-cu il təvəllüdlülər və daha böyüklər) yaş kateqoriyaları üzrə fərdi və qrup hərəkətləri komandalarının nümayəndələri yer alıblar.
Gimnastlar yarışın ilk günündə halqa və top ilə, ikinci günündə isə gürzlər və lent üzrə proqramda öz performanslarını sərgiləyiblər. Milli yarışın son günündə isə hər proqram üzrə çıxış edən gimnastlar arasından ən yaxşıları bəlli olub.
Qalib gimnastlarımızı təbrik edir, növbəti yarışlarda uğurlar arzulayırıq.
Yarışın nəticələriylə aşağıdakı linkdən tanış ola bilərsiniz:
https://agf.az/az/competitions/bedii-gimnastika-uzre-30-cu-ol241285