İdman

gimnastikadan

başlayır

Berlindən medal sevinci

10 aprel 2017

Berlindən medal sevinci

Bu həftəsonu (7-8 aprel) Berlində kişi idman gimnastikası üzrə yeniyetmələr arası beynəlxalq turnir yekunlaşıb.

23 ölkənin iştirak etdiyi yarışda Azərbaycanı gənc gimnastlar Ağamurad Qəhrəmanov, Cavidan Babayev, Sergiy Onbış və Səməd Məmmədli təmsil ediblər.

Gimnastımız Sergiy Onbışın paralel qollardakı çıxışı onu fəxri kürsünün 1-ci pilləsinə yüksəldib. O, bütün rəqiblərini geridə qoyaraq qızıl medal qazanıb. Dayaqlı tullanmada çıxışının nəticələrinə əsasən isə o, bürünc medal əldə edib.

Digər idmançımız Ağamurad sərbəst hərəkətlərdə finala çıxmağa müvəffəq olub. O, final çıxışında 12.850 xal toplayaraq medalın bir addımlığında qərar tutub.