İdman

gimnastikadan

başlayır

Beynəlxalq turnirdən 15 medal 

02 aprel 2023

Beynəlxalq turnirdən 15 medal 


Bu həftə sonu bədii gimnastlarımız bizi uğurlu çıxışları ilə sevindiriblər. Belə ki, bədii gimnastika üzrə Azərbaycan yığma komandasının üzvləri Leyli Ağazadə, Alina Məmmədova və Mədinə Dəmirova 31 mart - 3 aprel tarixlərində Bosniya və Hersoqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən “Suada Dilberoviç” beynəlxalq turnirində uğurlu çıxışları ilə yadda qalıblar. 
İdmançılarımız turnirdə 15 medal (5 qızıl, 5 gümüş, 5 bürünc) qazanıblar.
Millimizin üzvləri Alina Məmmədova üç qızıl (çoxnövçülük, halqa, top), bir gümüş (lent), bir bürünc ( gürzlər), Leyli Ağazadə iki qızıl (gürzlər, lent), iki gümüş (çoxnövçülük, halqa), bir bürünc ( top), Mədinə Dəmirova isə iki gümüş ( top, gürzlər) və üç bürünc ( çoxnövçülük, lent, halqa) medala sahib çıxıb.