İdman

gimnastikadan

başlayır

Beynəlxalq turnirdən uğurlu nəticələr

18 oktyabr 2025

Beynəlxalq turnirdən uğurlu nəticələr

17 və 18 oktyabr tarixlərində Çexiyanın Yablones-nad-Nisou şəhərində batut gimnastikası üzrə 52-ci Dostluq yarışı keçirilib. Yarışda iştirak edən gimnastlarımız həm fərdi, həm də sinxron proqramlar üzrə uğurlu nəticələr göstəriblər.

Fərdi proqram üzrə:

  • Muhamməd Həsənli (yeniyetmələr yaş kateqoriyası) – 47.650 xalla gümüş medal,
  • Nicat Mirzəyev (böyüklər yaş kateqoriyası) – 56.150 xalla bürünc medal qazanıblar.

Sinxron proqram üzrə:

  • Ömər Qasımlı və Nikita Koleşnikov (gənclər yaş kateqoriyası) – 42.140 xalla gümüş medal,
  • Mehdi Əliyev və Nicat Mirzəyev (böyüklər yaş kateqoriyası) – 47.220 xalla bürünc medal əldə ediblər.

Gimnastlarımızı bu nailiyyətlər münasibətilə təbrik edirik!