İdman

gimnastikadan

başlayır

Bölgə təmsilçilərinin paytaxtda məşqləri davam edir

25 yanvar 2023

Bölgə təmsilçilərinin paytaxtda məşqləri davam edir

Milli Gimnastika Arenasının məşq zalında bu dəfə Sumqayıt və Şəmkir bədii gimnastları məşqlərə cəlb olunublar. 9 gimnastın iştirakı ilə keçirilən təlim-məşqlərdə idmançılara təcrübəli məşqçilərin rəhbərliyi altında ümumi və xüsusi fiziki hazırlıq və alət texnikası üzrə məşqlər keçirilir. Bununla yanaşı, mütəxəssislər tərəfindən gimnastların proqramlarının təkmilləşdirilməsinə diqqət yetirilir.
Qeyd edək ki, Sumqayıt  Olimpiya Kompleksində 2011-ci, Şəmkir Gənclər Evində isə 2019-cu ildən bədii gimnastika bölmələri fəaliyyət göstərir.