28 noyabr 2023
Azərbaycan Gimnastika Federasiyası regionlarda və müxtəlif gimnastika bölmələrində gimnastika növlərinin gücləndiriliməsi istiqamətində fəaliyyətini davam etdirir. Bu ilin sonundan etibarən paytaxtda bədii gimnastika üzrə bölgə idmançılarının və müxtəlif klubların gimnastlarının mərhələli şəkildə məşqlərinə start verilib. Qeyd edək ki, ilk olaraq Gəncə, Masallı və Lənkəran Olimpiya İdman Kompleksinin bədii gimnastika bölməsinin üzvləri Milli Gimnastika Arenasının qonağı olublar. 14 gimnastın iştirakı ilə keçirilən təlim-məşqlərdə idmançılara təcrübəli məşqçilərin rəhbərliyi altında ümumi və xüsusi fiziki hazırlıq və alət texnikası üzrə məşqlər keçirilib. Məşqlərdə həmçinin mütəxəssislər tərəfindən gimnastların proqramlarının təkmilləşdirilməsinə diqqət yetirilib. Qeyd edək ki, dekabr ayında Kürdəmir, Şirvan, Abşeron, Ağdaş, Oğuz, Qəbələ, İsmayıllı, Göyçay, gələn ayın yanvar ayında Qax, Zaqatala, Naxçıvan, Zirə, Şəmkir, Sumqayıt, Qusar, Xaçmaz, fevral ayında isə Goranboy, Şamaxı, Zabrat, Hövsan, Sağan, Zaqataladan (“OcaqSport” Klubu) olan gimnastlar Milli Gimnastika Arenasında təlim-məşqlərə cəlb olunacaqlar.