İdman

gimnastikadan

başlayır

Bölgələrdən olan məşqçilər üçün təlim-məşq toplanışı keçirilir

08 avqust 2024

Bölgələrdən olan məşqçilər üçün təlim-məşq toplanışı keçirilir

Milli Gimnastika Arenasında bölgələrdə fəaliyyət göstərən bədii gimnastika üzrə məşqçilər üçün təlim-məşq toplanışı keçirilir. 4-9 avqust tarixlərini əhatə edən təlimdə 35 bölgədən 19 məşqçi öz bilik və bacarıqlarının artırılması üçün iştirak etməkdədir. Bölgə məşqçilərinin isinmə hərəkətlərindən tutmuş, rəqs dərsləri, alətlə və alətsiz çıxışlarda texnikanın təkmilləşdirilməsi, kompozisiyanın qurulması, çıxış üçün uyğun musiqi seçiminə qədər bir çox istiqamət üzrə öz səriştələrini inkişaf etdirmələri və təmsil etdikləri bölgələrdə bu bacarıqları tətbiq etmələri hədəflənib. Əsas məqsəd isə gimnastikanın bölgələrdəki inkişafına töhfə vermək, bölgələrdə məşq edən gimnastların yerli və beynəlxalq yarışlara hazırlıq səviyyəsinin yüksəldilməsi, bölgələrin təmsilçiləri arasında da gələcək gimnastika ulduzlarının yetişdirilməsinə nail olmaqdır.