İdman
gimnastikadan
başlayır
06 mart 2023
İlin ilk uğurunu ötən ay Macarsıtanda keçirilən beynəlxalq turnirdə qazanan bədii gimnastlarımız bu ay daha bir nailiyyətə imza atıblar. Bu dəfə gənc gimnastlarımız fərqləniblər. Martın 2-dən 6-dək Almaniyanın Fellbax-Şmiden şəhərində bədii gimnastika üzrə keçirilən beynəlxalq turnir qrup hərəkətləri yığmamızın 3 gümüş medalı ilə yadda qalıb. Yarışda ölkəmizi təmsil edən Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərovanın yer aldığı gənc gimnastlarımız çoxnövçülüklə yanaşı, 5 ip və 5 topla hərəkətlərin icrasında fəxri kürsünün ikinci pilləsində yer alıblar.