İdman

gimnastikadan

başlayır

Bu dəfə gənc bədii gimnastlarımız fərqləniblər

04 may 2023

Bu dəfə gənc bədii gimnastlarımız fərqləniblər

29 aprel-3 may tarixlərində Portuqaliyanın Portimao şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib. Yarışda ölkəmizi böyüklər arasında fərdi növdə Kamilla Seyidzadə, gənclər arasında Şəms Ağahüseynova və Nuray Əhmədzadə təmsil edib. Fərdi gimnastlarımızla yanaşı, turnirdə həmçinin Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərovanın yer aldığı gənclərdən ibarət qrup komandası da mübarizə aparıb.
Gimnastikanın ən zərif növünün təmsilçiləri komandamızın aktivinə 3 qızıl, 2 bürünc medal yazdırıblar. Ölkəmizə ilk medalı Şəms Ağahüseynova və Nuray Əhmədzadə gənclər arasında komanda hesabında qazandırıb. Gimnastlarımız fəxri kürsünün üçüncü pilləsində yer alıblar.
Şəms Ağahüseynova fərdi növdə topla hərəkətlərin icrasında da eyni uğuru təkrarlayıb.
Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərovanın yer aldığı gənclərdən ibarət qrup komandası isə çoxnövçülük proqramında, eləcə də 5 ip və 5 topla hərəkətlərin icrasında qızıl medallara layiq görülüblər.