İdman

gimnastikadan

başlayır

Bu dəfə qadın hakimlərimiz hakimlik dərəcəsini təsdiqləyiblər

03 mart 2023

Bu dəfə qadın hakimlərimiz hakimlik dərəcəsini təsdiqləyiblər

İsveçrənin Lozanna şəhərində Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən 2022-2024-cü illəri əhatə edən növbəti Olimpiya dövrünün müvafiq qaydalarına əsasən idman gimnastikası üzrə hakimlik imtahanları keçirilib.

Təmsilçilərimizdən Kristina Pravdina və Anjella Abdullayeva beynəlxalq hakimlik dərəcələrini artırıblar. Belə ki, Kristina Pravdina 2-ci, Anjella Abdullayeva isə 3-cü dərəcəni əldə edib.

Qeyd edək ki, FIG qaydalarına əsasən hər Olimpiya Oyunlarından sonrakı yeni Olimpiya dövründə gimnastika idman növləri üzrə qaydalara dəyişikliklər edildiyi üçün hakimlər sahib olduqları hakimlik dərəcələrini hər dördildənbir təsdiqləməli və ya daha yüksək dərəcə almalıdırlar. Qeyd edək ki, ümumilikdə 4 hakimlik dərəcəsi mövcuddur. Ən yüksək dərəcə 1, ən aşağı dərəcə isə 4-cüdür.