İdman

gimnastikadan

başlayır

Bu dəfə qadın hakimlərimiz hakimlik dərəcəsini təsdiqləyiblər  

01 mart 2022

Bu dəfə qadın hakimlərimiz hakimlik dərəcəsini təsdiqləyiblər  

Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən 2022-2024-cü illəri əhatə edən növbəti Olimpiya dövrünün müvafiq qaydalarına əsasən fevralın 17-də qadın idman gimnastikası üzrə hakimlik imtahanları keçirilib. 
COVID-19 pandemiyası ilə əlaqədar onlayn qaydada keçirilən imtahanlarda iştirak edən 3 təmsilçimiz imtahanı müvəffəqiyyətlə başa vuraraq beynəlxalq hakimlik kateqoriyasına yiyələnib. 
Qeyd edək ki, FIG qaydalarına əsasən hər Olimpiya Oyunlarından sonrakı yeni Olimpiya dövründə gimnastika idman növləri üzrə qaydalara dəyişikliklər edildiyi üçün hakimlər sahib olduqları hakimlik kateqoriyasını hər dördildənbir təsdiqləməli və ya daha yüksək dərəcə almalıdırlar. 
Xatırladaq ki, indiyədək beynəlxalq hakimlik kateqoriyasına yiyələnmək üçün hakimlər əvvəlcə FIG-nin təşkil etdiyi hakimlik kurslarında iştirak edir, daha sonra imtahan verirdilər. 
Beynəlxalq federasiya tərəfindən bu il COVID-19 pandemiyası ilə əlaqədar olaraq imtahanların kurslar olmadan onlayn qaydada keçirilməsinə qərar verilib.